Rusiya Hollandiyaya qazın verilişini dayandırdıbackend

Rusiya Hollandiyaya qazın verilişini dayandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın “Qazprom” şirkəti Hollandiyanın “GasTerra” şirkətinin Rusiya Prezidenti Vladimir Putinin sərəncamına əsasən ödəmələri həyata keçirmədiyi üçün Hollandiyaya nəql edilən qazın dayandırılması barədə açıqlama yayıb.

Bundan əvvəl Finlandiya ilə rublla ödəniş məsələsində razılığın əldə olunmamasına görə Finlandiyaya da nəql olunan qazın tədarükü dayandırılmışdı.

Qeyd edək ki, keçən ay imzalanan sərəncamla Putin dost olmayan ölkələrin siyahısını rəsmən təsdiq etmişdi. Dost olmayan ölkələrin siyahısında ABŞ və bütün Aİ dövlətləri yer alır.

Ukrayna, Monteneqro, İsveçrə, Albaniya, Andorra, İslandiya, Lixtenşteyn, Monako, Norveç, San Marino, Şimali Makedoniya, həmçinin Yaponiya, Cənubi Koreya, Avstraliya, Mikroneziya, Yeni Zelandiya, Sinqapur və Tayvan da sərəncamdakı siyahıda yer alıb.

//Nəzərbəy, Hacıağayev, Editor.az