Rusiya İbrahim Rəisinin təyyarə qəzasında həlak olması ilə bağlı matəm tədbirlərinə dəvət olunmayıbbackend

Rusiya İbrahim Rəisinin təyyarə qəzasında həlak olması ilə bağlı matəm tədbirlərinə dəvət olunmayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran hakimiyyəti Rusiyanı prezident İbrahim Rəisinin təyyarə qəzasında həlak olması ilə bağlı matəm tədbirlərinə dəvət etməyib.

Editor.az bildirir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov mətbuat konfransı zamanı deyib. Kreml sözçüsü qeyd edib ki, ənənəvi olaraq bu cür mərasimlərə xarici nümayəndələrin iştirakı daxil deyil.

Onun sözlərinə görə, ölkə hakimiyyəti hələ də İran prezidenti İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının araşdırılmasında kömək istəyi ilə Rusiyaya müraciət etməyib. Dmitri Peskov “Siz dəfn mərasimlərinin adət-ənənələrini bilirsiniz, onlar beynəlxalq nümayəndələrin iştirakı ilə heç bir belə mərasimləri nəzərdə tutmur, ona görə də bizim iranlı dostlarımızdan bu barədə heç bir məlumatımız yoxdur”, – Peskov deyib.

Qeyd edək ki, mayın 19-da axşam saatlarında Rusiya prezidenti İranın Rusiya Federasiyasındakı səfiri Kazım Cəlali ilə görüşü olub. Görüşdə Rusiyanın müdafiə naziri Andrey Belousov və Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkov, eləcə də prezidentin məsləhətçisi İqor Levitin iştirak edib. Peskov bildirib ki, Rusiya İran prezidenti İbrahim Rəisinin helikopterinin axtarışı üçün Ermənistanda yerləşən iki helikopteri İrana göndərməyə hazır olub.

//Samir Qurbanov, Editor.az