Rusiya ilə siyasi müstəvidə heç bir münasibət yoxdur və müharibə bitməyədək olmayacaq – Finlandiyanın yeni seçilmiş prezidentibackend

Rusiya ilə siyasi müstəvidə heç bir münasibət yoxdur və müharibə bitməyənəcən, olmayacaq – Finlandiyanın yeni seçilmiş prezidenti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyaya qarşı siyasət sadədir. Diplomatik və rəsmi əlaqələr qalmaqdadır, lakin Rusiya Federasiyası ilə siyasi səviyyədə heç bir münasibət yoxdur və Rusiya Ukrayna ərazisində hərbi əməliyyatı dayandırmayana qədər olmayacaq”.

Editor.az bildirir ki, bunu Stubb mətbuat konfransında (Yle-dən sitat gətirir) deyib. Finlandiyanın yeni seçilmiş prezidenti əlavə edib ki, Ukrayna ərazisində hərbi münaqişə başlayandan sonra Avropada təhlükəsizlik vəziyyəti çox dəyişib.

Onun sözlərinə görə, bu ölkə alyansın Finlandiyaya etimadına görə rekord müddətdə NATO üzvlüyünü qəbul edib. Aleksandr Stubb həmçinin Finlandiya parlamenti ilə sıx əməkdaşlıq şəraitində NATO-nun işində fəal iştirak etmək və ölkənin xarici siyasətini müəyyən etmək niyyətindən danışıb.

Xatırladaq ki, Finlandiyada prezident seçkilərinin ikinci turu fevralın 11-də keçirilib və Alexander Stubb 51,6% səslə qalib gəlib.

//Samir Qurbanov, Editor.az

Facebook Notice for EU! You need to login to view and post FB Comments!