Rusiya ilə Çin arasında ticarət 2023-cü ilin ilk üç rübündə üçdə bir artıbbackend

Rusiya ilə Çin arasında ticarət 2023-cü ilin ilk üç rübündə üçdə bir artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinin məlumatlarına əsaslanan hesabatına əsasən, Rusiya ilə Çin arasında ticarət 2023-cü ilin ilk üç rübündə 29,5% artaraq 176,5 milyard dollara çatıb.

Editor.az bu barədə rus mətbuatına istinadla xəbər verir. Hesabat dövründə Çin Rusiyaya 56,9% artımla 81,4 milyard dollar dəyərində mal idxal edib. Eyni dövrdə Rusiyadan Çinə tədarük 12,7% artaraq təxminən 94,9 milyard dollara çatıb. Beləliklə, balans Rusiyanın xeyrinə qalır. Üstəlik, təkcə sentyabr ayında Rusiya ilə Çin arasında qarşılıqlı ticarət dövriyyəsi 21 milyard dollara çatıb.

//Gülnarə Abasova, Editor.az