Yanvar-noyabr aylarında Rusiya ilə Çin arasında ticarət həcmi hər il 26,7% artaraq tarixi maksimumunu yeniləyərək rekord həddə çatıb. Bu dövriyyə 218,17 milyard dollar səviyyəsindədir.
Editor.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi məlumat yayıb.
Məlumatlara görə, bu ilin 11 ayında Çindən Rusiya Federasiyasına ixrac 50,2 faiz artaraq təxminən 100,33 milyard dollara, Rusiya Federasiyasından mal və xidmət idxalı isə 11,8 faiz artaraq 117,84 milyard dollara çatıb. Rusiyanın bu dövrdə profisiti keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 53% azalaraq 17,51 milyard dollara çatıb. Noyabrda iki ölkə arasında ticarət həcmi oktyabr ayı ilə müqayisədə 8,6% artaraq 21,5 milyard dollara çatıb. Rusiya Federasiyası və Çin liderləri əvvəllər iki ölkə arasında ticarət dövriyyəsini 2024-cü ilə qədər iki dəfə artıraraq 200 milyard dollara çatdırmağı qarşılarına məqsəd qoymuşdular.
//Gülnarə Abasova, Editor.az

