Rusiya ilə Çin arasında ticarət həcmi 2024-cü ilin birinci yarısında 1,8% artıbbackend

Rusiya ilə Çin arasında ticarət həcmi 2024-cü ilin birinci yarısında 1,8% artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyası ilə Çin Xalq Respublikası arasında ticarət dövriyyəsi 2024-cü ilin yanvar-iyun aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8% artıb.

Editor.az xəbər verir ki, bu barədə Çinin Baş Gömrük İdarəsi məlumat yayıb.

Açıqlamada ilin ilk altı ayında Moskva ilə Pekin arasında ticarət dövriyyəsinin 116,9 milyard dollara çatdığı, eyni zamanda Çinə ümumilikdə 65,2 milyard dollarlıq Rusiya malının ixrac edildiyi bildirilib.

Çin mallarının Rusiya Federasiyasına tədarük həcmi 0,8% azalaraq 51,7 milyard dollara çatıb. Agentliyin məlumatına görə, ötən il Rusiya Federasiyası ilə Çin arasında ticarət dövriyyəsi 240,11 milyard dollar təşkil edib.

//Gülnarə Abasova, Editor.az