Rusiya ilə Ekvador arasında “banan müharibəsi” qızışır: Çin Ekvadorun tərəfindədirbackend

Rusiya ilə Ekvador arasında “banan müharibəsi” qızışır: Çin Ekvadorun tərəfindədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin, Rusiyanın artıq almadığı Ekvador bananları üçün yeni bazar olacaq.

Editor.az bildirir ki, bu barədə “The Moscow Times” Ekvador Banan İxracatçıları Assosiasiyasına (AEBE) istinadən xəbər verir. Plana əsasən, yaxın 5 ildə Ekvador bananlarının Çinə tədarükü bir yarım dəfə artacaq.

Bu, bir gün əvvəl Ekvador Milli Assambleyası tərəfindən təsdiq edilən Azad Ticarət Sazişinin qüvvəyə minməsindən sonra mümkün olub. Bundan əvvəl Rosselxoznadzor təhlükəli zərərverici olan çoxfaqlı donqar milçəyinin aşkar edildiyini əsas gətirərək Ekvadorun beş müəssisəsindən banan tədarükünə qadağa qoyub. Məhdudiyyətlər “Agzulasa”, “Don Carlos Fruit”, “Agroaereo Fruit Export”, “Asociacion de Produccion Agropecuaria de el oro Asoproagroro və Comercializadora de Banano” şirkətlərinə şamil edilib.

Banan tədarükünə qadağa Ekvador hökumətinin ABŞ-a silah ötürmək qərarı fonunda tətbiq edilib, hansı ki, daha sonra Ukraynaya verilə bilər.

//Samir Qurbanov, Editor.az