Rusiya ilə əməkdaşlıq edən Amerika şirkətinin iki top-menecerinə qarşı cinayət işi açılıbbackend

Rusiya ilə əməkdaşlıq edən Amerika şirkətinin iki top-menecerinə qarşı cinayət işi açılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Ədliyyə Nazirliyi Amerikanın “Eleview International Inc” şirkətinin iki top-menecerinə qarşı milyonlarla dollar dəyərində texnologiyaların Rusiyaya ixracına görə ittiham irəli sürüb.

Departamentin mətbuat xidməti qeyd edib ki, şirkət sahibləri anti-Rusiya məhdudiyyətlərindən yayınmaq üçün üç sxemdən istifadə ediblər. Təqsirləndirilən şəxsləri 20 ilə qədər həbs gözləyir.

Dünən, noyabrın 4-də, 39 yaşlı Vitali Borisenko və 54 yaşlı Oleq Nayandin, ixraca nəzarət qanunlarını pozmaq üçün sui-qəsddə şübhəli bilinərək Virciniya ştatının Şərq dairəsi üzrə federal məhkəmə qarşısına çıxıblar. İttiham tərəfi hesab edir ki, 2022-ci ilin martından 2023-cü ilin iyununa qədər öz qərarlarına əsasən, “Eleview International Inc.” Rusiyaya tətbiq edilən məhdudiyyətlərdən yan keçərək, Qazaxıstan, Türkiyə və Finlandiya ərazisi vasitəsilə Rusiyaya Amerika malları və texnologiyası göndərib.

ABŞ Ədliyyə Departamentinin məlumatına görə, müttəhimlər Türkiyə vasitəsilə təxminən 1,48 milyon dollar dəyərində telekommunikasiya avadanlığı ixrac ediblər, baxmayaraq ki, bunun Rusiya kəşfiyyat xidmətləri ilə əməkdaşlıq edən şirkət üçün nəzərdə tutulduğunu biliblər.

Şirkət Finlandiya vasitəsilə dronların istehsalında istifadə edilə bilən təxminən 3,45 milyon dollar dəyərində məhsul göndərib. İttihama görə, 1,47 milyon dollar dəyərində ikili təyinatlı mallar Qazaxıstan vasitəsilə Rusiyaya ixrac edilib.

//Samir Qurbanov, Editor.az