Rusiya ilə Fransa arasında ümumi siyasi müstəvidə münasibətlər bu gün dondurulub.
Editor.az xəbər verir ki, bunu Rusiyanın Parisdəki səfiri Aleksey Meşkov deyib.
O qeyd edib ki, Rusiya və Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Meşkov əlavə edib ki, ölkələr arasında vətəndaş cəmiyyəti səviyyəsində əlaqələr qorunur. Səfir mədəni əlaqələrin bərpasını və birgə iqtisadi layihələri də qeyd edib.
Ötən gün Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Fransa Xarici İşlər Nazirliyinin rəhbəri Stefan Sejournetin respublikanın Ukraynaya qoşun yeritmək niyyətində olmadığı barədə sözlərini şərh edib.
//Gülnarə Abasova, Editor.az

