Krım Rusiyaya qarşı Qərb sanksiyalarının tətbiqi üçün yalnız formal bəhanədir, onların əsas hədəfi rus dövlətinin inkişafını dayandırmaqdır.
Axar.az xəbər verir ki, bunu rusiyalı deputat Mixail Şeremet deyib.
“Qərb ölkələri onsuz da Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəklər. Krım sadəcə formal bəhanədir. Əsas məqsəd Rusiyanın dünyanın ən güclü və lider ölkələrindən birinə çevrilməsinin qarşısını almaqdır. Bəzi ölkələr iqtisadi cəhətdən müstəqil olmağa başlayan kimi Qərb sanksiya mexanizmini işə salır. Buna bir nümunə təkcə Rusiya deyil, həm də Çindir. Yavaş bir Soyuq müharibə gedir. Amma Rusiya ilə güc və sanksiya dilində danışmaq faydasızdır və heç kimə məsləhət görmürük”, – Şeremet bildirib.

