Rusiya ilə Hindistan arasında ticarət həcmi rekord səviyyədə artıb və ilk dəfə olaraq 44 milyard dollara yaxınlaşıb.
Editor.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Hindistan Ticarət və Sənaye Nazirliyi məlumat yayıb.
Hindistanın ilin səkkiz ayında 41,2 milyard dollarlıq Rusiya malları aldığı, bir il əvvəl bu rəqəmin 17,1 milyard dollar olduğu, eyni dövrdə Hindistanın Rusiya Federasiyasına idxalının həcminin isə 2,6 milyard dollara yüksəldiyi vurğulanıb.
Nazirliyin məlumatına görə, il ərzində iki ölkə arasında ticarət dövriyyəsi 43,8 milyard dollara yüksəlib. Eyni zamanda, Hindistanın Rusiya ilə ticarət kəsiri 8 ayda 2,5 dəfə artaraq 38,6 milyard dollara çatıb.
//Gülnarə Abasova, Editor.az

