Rusiya ilə münasibətlər Ermənistanın təhlükəsizliyi baxımından ən vacib amildir- Paşinyanbackend

Rusiya ilə münasibətlər Ermənistanın təhlükəsizliyi baxımından ən vacib amildir- Paşinyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda yeni hökumət proqramının təqdim olunduğu iclasda çıxış edən Paşinyan Ermənistanın Rusiya ilə strateji birliyinin və İrəvanın KTMT -yə üzvlüyünün ölkənin təhlükəsizliyi üçün ən əhəmiyyətli təminat olduğunu söyləyib.

Editor.az xəbər verir ki, Paşinyan Ermənistan-Rusiya strateji birliyini, eləcə də Ermənistanın KTMT-yə üzvlüyünü Ermənistanın təhlükəsizliyinin təmin edilməsində mühüm amil hesab edir. Bu amillər yeni hökumətin proqramına daxil edilib deyən Paşinyan Ermənistan ordusunun ölkənin xarici təhlükəsizliyinin təmin edilməsində əsas faktor olduğunu qeyd edib. Təhlükəsizliyin başqa bir zəruri şərti kimi isə Ermənistanın bütün ölkələr və beynəlxalq təşkilatlarla işləməli olduğunu qeyd edib.

Qeyd edək ki, Ermənistanın yeni hökuməti öz proqramını avqustun 24-ü parlamentə təqdim etməyi planlaşdırır.

//Gülnarə Abasova, Editor.az