Rusiya ilə müttəfiqlik sənədini zəruri edən səbəbbackend

Rusiya ilə müttəfiqlik sənədini zəruri edən səbəb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 22-də Rusiya ilə Azərbaycan arasında imzalanmış müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə hər iki ölkənin gələcək münasibətlərinin daha sağlam və bir-birinin maraqlarına qarşılıqlı hörmət təməlləri üzərində qurulması, inkişaf etdirilməsi üçün gərəkli sənəddir və 44 günlük Qarabağ savaşından sonra bölgədə yaranmış yeni geopolitik reallıqların diktəsindən qaynaqlanır.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şükürlü qeyd edib.

O bildirib ki, Qarabağ probleminin həlli bölgə dövlətləri arasında yeni iqtisadi, siyasi, mədəni münasibətlərə, əlaqələrə keçidi zəruri edib:

“Əgər torpağımızı işğal edən Ermənistanla münasibətləri artıq yeni mərhələyə keçiririksə, 3 milyondan çox azərbaycanlının yaşayıb işlədiyi, Azərbaycan üçün çox mühüm iqtisadi bazar və xammal mənbəyi olan qonşu Rusiya ilə münasibətləri niyə inkişaf etdirməyək ki?!

Və yaxud da uzun illər Qərbin təhrikçi siyasəti səbəbindən düşmən kimi yanaşdığımız və bizi Hind okeanına çıxaracaq yollar üzərində qapı olan İranla münasibətlərimizə niyə yenidən baxmayaq ki?

Xüsusən də bu münasibətlər əsas strateji müttəfiqimiz Türkiyənin də maraqlarına uyğundursa, deməli, ölkəmiz, nəhayət ki, Allahın ona bəxş etdiyi coğrafi üstünlüklərindən yararlanmağı bacarmalı, yalnız öz əhalisinin təhlükəsizliyini və rifahını düşünməlidir”.