Rusiya ilə NATO arasında SAVAŞ?- Parçalanmaya səbəb ola bilər, çünki…backend

Rusiya ilə NATO arasında SAVAŞ?– Parçalanmaya səbəb ola bilər, çünki…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya ilə NATO arasında heç zaman savaş ola bilməz. Çünki NATO-da Rusiya ilə savaşın müzakirəsi belə onun parçalanmasına səbəb ola bilər”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.

Onun sözlərinə görə, NATO-nun 30-dan artıq üzvü arasında dərin ziddiyyətlərin olduğu hər kəsə bəllidir:

“Eyni zamanda, bir çox beynəlxalq təşkilatlar kimi Şimali Atlantika bloku da felən ömrünü başa vurmuş təşkilatdır. Hələ Rusiya-Ukrayna savaşdan əvvəl Avropa Liderləri NATO-nun beyin ölmününü gerçəkləşdiyini, bu təşkilatın tarixi missiyasını yerinə yetirdiyini qeyd edirdilər. NATO kimi hərbi-siyasi ittifaqın üzv dövlətləri biri-birinə ərazi iddiaları ilə çıxış etməsi göstərir ki, müəyyən bir tarixi anda bu təşkilat tarixin arxivində öz yerini alacaq. Ancaq NATO-nun “yox olması” nəinki qlobal bir savaşı durdurmaz, əksinə Rusiya və Avropa arasındakı ziddiyyətləri daha da gərginləşdirəcək, Qərbi Avropa ilə Rusiya arasında Ukrayna başda olmaqla Şərqi Avropa uğrunda qanlı bir savaşı tətikləyəçək əsas faktor sayıla bilər”.

“Son günlər Rusiyanın aerodromlarında 40-dan artıq hərbi-bombardımançı təyyarənin Ukraynanın, Qərbin dəstəyi ilə həyata keçirilən “dron əməliyyatı” ilə vurulması, həm də bunun İstanbulda keçirilən sülh müzakirələrindən bir gün əvvəl edilməsi deməyə əsas verir ki, bu savaşı başladan qlobal güc savaşı bitirmək haqqında düşünmür. Əslində döyüşən tərəflər də sülh danışıqlarına isti yanaşmırlar. Türkiyənin bütün cəhdlərinə baxmayaraq, açıq-aydın görünür ki, tərəflər sülh danışıqları ətrafında manipulyasiya ilə məşğuldurlar. Sülh müzakirələri tərəflərə yalnız beynəlxalq ictimayyətə sülhpərvər görünmək niyyətinin aşılanmasını göstərmək niyyəti güdür ki, bu da diplomatiyada mütamadi istifadə olunan tryuklardan sayılır”,- deyə politoloq bildirib.

F.Məhərrəmlinin sözlərinə görə, yaxın zamanda ruslar Ukraynanın dron hücumlarına çox sərt cavab verəcək:

“Bu ehtimal dünən ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti V.Putin arasında baş tutan telofon danışığında da xüsusi qeyd edilir. Analitik təhlilər deməyə əsas verir ki, Rusiyanın verəcəyi cavab tədbirləri Ukrayna savaşının yeni, həlledici mərhələyə qədəm qoyması demək olacaq. Həm cəhbə xəttinin böyüyəcəyi, həm də savaşın miqyasının və formasının genişlənəcəyi gözləniləndir”.

//Gülnarə Abasova, Editor.az