Rusiya ilə NATO arasındakı münasibətlər birbaşa qarşıdurma səviyyəsindədir – Dmitri Peskovbackend

Rusiya ilə NATO arasındakı münasibətlər birbaşa qarşıdurma səviyyəsindədir – Dmitri Peskov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO Avropa qitəsində Amerikanın qarşıdurma aləti olaraq qalır.

Editor.az bildirir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib. Moskva Rusiya Federasiyası ilə alyans arasında münasibətlərin pisləşdiyini qeyd edib – onlar birbaşa qarşıdurma mərhələsinə keçiblər: “Əslində indi bu münasibətlər birbaşa qarşıdurma səviyyəsinə çatıb. NATO ölkələri, alyansın özü nəinki daim artır, həm də artıq Ukrayna ətrafında münaqişəyə cəlb olunub.

NATO sərhədlərimizə doğru hərəkətini, hərbi infrastrukturunun sərhədlərimizə doğru genişlənməsini davam etdirir”, – deyə Peskov mətbuata bildirib. Kreml nümayəndəsi alyansın 75 illik yubileyi fonunda onunla münasibətlərə dair sualı belə cavablandırıb. Peskovun sözlərinə görə, NATO “ilk növbədə Avropa qitəsində qarşıdurma aləti kimi” yaradılıb və idarə olunub.

Onun fikrincə, bu baxımdan alyans indi “heç bir halda qitədə təhlükəsizliyə və sabitliyə töhfə verməyən, əksinə, sabitliyi pozan amil olan” funksiyalarını yerinə yetirməkdə davam edir.

//Samir Qurbanov, Editor.az