Rusiya ilə Qərb arasında kəskin qarşıdurma davam edir: “Ancaq bu, o demək deyil ki…”backend

Rusiya ilə Qərb arasında kəskin qarşıdurma davam edir: “Ancaq bu, o demək deyil ki…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya-Azərbaycan əlaqələri indiki reallıqlara uyğun müstəvidə fəaliyyət göstərir. Azərbaycan ümumiyyətlə nəinki Rusiya, heç bir qonşusu ilə münasibətləri korlamaq istəmir”.

Bu sözləri Editor.az-a açıqlamasında siyasi analitik Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Rusiya ilə Qərb arasında kəskin qarşıdurma davam edir:

“Lakin bu o demək deyil ki, Rusiya Azərbaycanda cəbhə aça bilər. Məlumdur ki, Rusiya imperalist bir dövlət kimi Azərbaycanın müstəqilliyi, dövlət suverenliyinə qısqanclıqla yanaşır. Ancaq Azərbaycan Rusiyaya qarşı hər zaman qarşılıqlı etimad mühitinə sadiq qalıb. Azərbaycanın Rusiya ilə münasibətlərinin normal olması o demək deyil ki, onun apardığı siyasəti dəstəkləyir. Rusiya qonşu ölkədir və münasibətləri normal müstəvidə davam etdirməyimiz siyasi çağırışlardan aslıdır.

Ümumiyyətlə, Rusiyanın Baş naziri Mixail Mişustinin Azərbaycana səfəri siyasi və iqtisadi məqsədlərə xidmət edir. Rusiyaya qarşı dərinləşən sanksiyalar və Qərblə münasibətlərin pozulması Azərbaycanla arasında müəyyən münasibətlərdə dinamikaya gətirib çıxarır. Sülhməramlılarla əlaqədar məsələlər, Cənubi Qafqazda gedən proseslər, iqtisadi əlaqələrin inkişafı müzakirə olunub. Ancaq Azərbaycan hər zaman müstəqil siyasət yürüdüb. Vətən müharibəsindəki Qələbəsindən sonra Azərbaycanın regionda yaratdığı yeni reallıqları Rusiya qəbul etməsə də bununla barışmağa məcbur olub”.

//Gülnarə Abasova, Editor.az