Rusiya ilə real danışıqlar 2025-ci ilin ikinci yarısından tez başlaya bilməz – Ukrayna MN Baş Kəşfiyyat İdarəsinin nümayəndəsibackend

Rusiya ilə real danışıqlar 2025-ci ilin ikinci yarısından tez başlaya bilməz – Ukrayna MN Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Editor.az bildirir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski mayın 2-də dərc olunan “The Economist” nəşrinə müsahibəsində deyib. Skibitski qeyd edib ki, hazırda hər iki tərəf potensial danışıqlardan əvvəl “üstün mövqe” tutmağa çalışır.

Amma real danışıqlar 2025-ci ilin ikinci yarısına qədər başlaya bilməz, deyə o, proqnozlaşdırır. O vaxta qədər Rusiya, kəşfiyyatçının dediyi kimi, ciddi “əks küləklər” ilə üzləşəcək. Skibitski deyib ki, Rusiyanın hərbi istehsal gücü genişlənib, lakin material və mühəndis çatışmazlığı səbəbindən 2026-cı ilin əvvəlində çətin vəziyyətə düşə bilər.

O əlavə edib ki, hər iki tərəf sonda silah çatışmazlığı ilə üzləşə bilər. Lakin “başqa aspektlərdə heç nə dəyişməsə”, Ukraynanın silahı işğalçı ölkədən tez qurtaracaq, deyə GUR nümayəndəsi yekunlaşdırıb. Skibitskinin fikrincə, sual ondan ibarətdir ki, Avropa Ukraynanı “oyunda” buraxaraq Rusiya təcavüzünün qarşısını aldığına görə ona təşəkkür edəcəkmi? O vurğulayıb ki, ukraynalılar mübarizəni davam etdirəcəklər, çünki seçim yoxdur: “Biz yaşamaq istəyirik, amma müharibənin nəticəsi təkcə bizdən asılı deyil” -deyə kəşfiyyatçı yekunlaşdırıb.

//Samir Qurbanov, Editor.az