“Rusiya ilə savaşa hazır deyilik, bundan utanmalıyıq” – Generaldan şok açıqlama/Videobackend

“Rusiya ilə savaşa hazır deyilik, bundan utanmalıyıq” – Generaldan şok açıqlama/Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərənin tanınmış generallarından Riçard Barrons NATO-nun Rusiya ilə müharibəyə hazır olmadığı barədə xəbərdarlıq edib.

Rusiyanın son bir neçə gündə Ukraynanın qərbində təşkil etdiyi hücumlar müharibənin daha da böyüyəcəyi narahatlığını artırıb.

NATO-nun müharibənin Ukrayna sərhədlərini aşacağı ehtimalına qarşı tədbirlər görməyə başladığı bildirilib. Ukrayna-Rusiya müharibəsi başlayandan bəri NATO ölkələri “təhlükəni rüşeymində öldürmək” üçün Kiyevə silah və maliyyə yardımı göndərir. Amma bir sıra avropalı hərbi mütəxəssis NATO ilə Rusiya arasında ehtimal olunan savaşın bir yanlış anlaşılma və ya təsadüf səbəbindən başlaya biləcəyinə diqqət çəkirlər.

İngiltərənin tanınmış generallarından Riçard Barrons isə bu mövzu ilə əlaqədar tamam başqa fikirdədir.

İngiltərə parlamentinin Müdafiə Komitəsinin iclasında generaldan NATO-nun Rusiya ilə döyüşməkdən başqa seçiminin olub-olmadığı soruşulub.

Barrons bildirib ki, Rusiya qüvvələri Ukraynanın şərqində daha böyük hədəfləri hədələdikcə, NATO daha çətin vəziyyətdə qalacaq.

“Mən bu suala cavab verməkdən çəkinirəm. Çünki Rusiya ilə müharibədən qaçmaq istəyi, NATO-nun döyüşlərlə hazır olmaması ilə bağlıdır. Biz bundan utanmalıyıq”.

İngilis general həmçinin bildirib ki, NATO Avropanın şərq cinahını hərbi cəhətdən gücləndirməlidir.

General Riçard Barrons 2013-2016-cı illərdə İngiltərə Birləşmiş Qüvvələrinin komandanı olub.

Teleqraf.com