Rusiya ilə Türkiyə arasında yeni müqavilə: S-400backend

Rusiya ilə Türkiyə arasında yeni müqavilə: S-400

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxın vaxtlarda Türkiyə və Rusiya arasında S-400 zenit-raket sistemlərinin göndərilməsi haqda yeni müqavilə imzalana bilər.

Editor.az  APA-ya istinadən bildirir ki, bu barədə bu gün “Rosoboroneksport”un baş direktoru Aleksandr Mixeyev “Armiya-2021” beynəlxalq hərbi-texniki forumu çərçivəsində bildirib.

“Məsləhətləşmələr davam edir, son mərhələdəyik. Yaxın vaxtlarda tərəfdaşlarımızla müqavilənin rəsmiləşdirilməsinə və imzalanmasına başlayacağıq”, – deyə A. Mixeyev qeyd edib.

Xatırladaq ki, 2017-ci ildə Rusiya və Türkiyə S-400-lərin göndərilməsi ilə bağlı müqavilə bağlayıb.