Rusiya ilə Ukrayna arasında hərbi münaqişəni həll etmək üçün Vaşinqtonla danışmaq lazımdır – Viktor Orbanbackend

Rusiya ilə Ukrayna arasında hərbi münaqişəni həll etmək üçün Vaşinqtonla danışmaq lazımdır – Viktor Orban

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstanın baş naziri Viktor Orban Rusiya ilə Ukrayna arasında hərbi münaqişənin kəskinləşməsindən ehtiyat edir.

Orbanın fikrincə, bunu həll etmək üçün təkcə Moskva və Kiyev arasında deyil, həm də Moskva ilə Vaşinqton arasında danışıqlar lazımdır: “Müharibə dayanmayan, hərəkət edən bir heyvandır. Və işlər eskalasiyaya doğru gedir… Müharibənin növbəti mərhələsində Ukraynaya Rusiya ərazisinə çata bilən texnika veriləcək və ya allah göstərməsin, Qərbi Avropa dövlətlərinin və ya NATO-nun əsgərləri Ukrayna ərazilərinə daxil olacaq”, – deyə o, müsahibəsində bildirib.

Viktor Orban danışıqların kimlər arasında aparılacağı barədə düşünməyə çağırıb. O hesab edir ki, “Ukraynanın arxasında bütün Qərb dayanır” və “müəyyən mənada bu, müttəfiqlərin müharibəsidir”. “Ukrayna ilə Rusiya arasında bir növ təmas olmalıdır. Lakin bundan sonra ruslar və amerikalılar arasında danışıqlar olacaq ki, bu da, yeri gəlmişkən, təkcə Rusiya və Ukraynaya deyil, bütün Avropa təhlükəsizlik sisteminə aiddir və bizim gələcək 20-30 ilimizi yaxşı müəyyən edə bilər”, – baş nazir əmindir.

//Samir Qurbanov, Editor.az