Rusiya ilk dəfə Türkiyəyə rublla taxıl tədarük edibbackend

Rusiya ilk dəfə Türkiyəyə rublla taxıl tədarük edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Payızda Rusiya Türkiyəyə ilk dəfə rublla taxıl tədarük edib”.

Bunu Rusiya Federasiyasının baş nazirinin müavini Viktoriya Abramçenko bildirib.

Onun sözlərinə görə, bu, bir sınaq idi və uğurlu alınıb.

“Bir əməliyyat həyata keçirildi, hesablaşmalar rublla aparıldı. Lakin bu, təcrübədir, qayda deyil. Uğurlu alındı”, – deyə Abramçenko bildirib.

O, Rusiya Mərkəzi Bankının dost ölkələrlə milli valyutalarda hesablaşmalar məsələsi üzərində fəal işlədiyini vurğulayıb.

Abramçenko həmçinin hazırda Rusiyanın dünyanın 150 ölkəsinə, əsasən də dost dövlətlərə ərzaq ixrac etdiyini bildirib. Hökumət başçısının müavinin sözlərinə görə, 2022-ci ildə Rusiyadan bu ölkələrə 21 milyon ton ərzaq və 14,5 milyon ton gübrə ixrac edilib.

oxu.az