Rusiya, imperiya dövrünün simvollarını bərpa edirbackend

Rusiya, imperiya dövrünün simvollarını bərpa edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 Xerson vilayətinin qondarma hərbi-mülki administrasiyası Rusiya imperiyası dövrünün gerbini geri qaytarmaq istəyir.

Bu barədə Editor.az administrasiyanın sədr müavini Kirill Stremousova istinadən xəbər verir. Stemousov həmçinin regionun Rusiyanın tərkibinə daxil olmaq niyyətini də açıqlayıb. “Tarixi gerbin Xerson vilayətinə qaytarılması barədə qərar qəbul edilib, çünki bu region Rusiya imperiyasının tərkibində olub”, – deyə Stremousov bildirib.

Qeyd edək ki, gerb 1803-cü ildə təsdiq edilmiş Xerson və Xerson rayonunun ilk gerbinə əsaslanır. O, sağ pəncəsində dəfnə budağı, sol pəncəsində alov olan ikibaşlı qara taclı qartal şəklində təsvir edilmişdir. Qartalın sinəsində mavi qalxanlı qızıl xaç var.