Rusiya nüvə silahı daşıya bilən Amerika F-35 döyüş təyyarələrinin İngiltərəyə göndərilməsini cavabsız qoymayacaq.
Editor.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko Avrasiya İqtisadi Forumu çərçivəsində deyib.
Qruşko qeyd edib ki, İngiltərəyə “F-35” döyüş təyyarələrinin göndərilməsi Rusiyaya hərbi təzyiqi artırmaq üçün bir addımdır: “Bütövlükdə NATO-nun fəaliyyətinə nəzər saldıqda görürük ki, təlimlər intensivləşir, miqyası artır və yaxın aylarda yeni silsilə təlimlər keçiriləcək. Bu, Rusiyanı cilovlamaq siyasətinin bir hissəsidir, ona görə də bütün lazımi hərbi-texniki tədbirlər görüləcək”.
Qeyd edək ki, bundan əvvəl Britaniya mətbuatı nüvə silahı daşıya bilən 54 Amerika F-35A təyyarəsinin ilin sonuna qədər İngiltərənin Lakenheath aviabazasına yerləşdiriləcəyini bildirmişdi.
//Gülnarə Abasova, Editor.az

