Rusiya iqtisadiyyatını çökdürmək heç vaxt ABŞ-ın məqəsdi olmayıb və ola da bilməz – “Politico” nəşribackend

Rusiya iqtisadiyyatını çökdürmək heç vaxt ABŞ-ın məqəsdi olmayıb və ola da bilməz – “Politico” nəşri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib ki, Rusiya Federasiyası “xüsusi əməliyyat” keçirmək üçün silah və avadanlıq ala bilməsin.

Onun sözlərinə görə, iqtisadi sanksiyaların məqsədi Rusiya iqtisadiyyatını çökdürmək “heç vaxt olmayıb və ola da bilməzdi”.

Editor.az bildirir ki, bu barədə “Politico” anonim amerikalı məmurun bəyanatına istinadən yazıb. Materialda deyilir ki, Ağ Ev Rusiyanın mövcud məhdudiyyətlərdən yan keçməsinin qarşısını almaq üçün yeni sanksiyalar tətbiq edir. Rəsmi bildirib ki, ABŞ Rusiyanın məhdudiyyətlərə uyğunlaşacağını və ondan çıxış yolları tapacağını bilir.

“Buna görə də biz davamlı olaraq uyğunlaşmaq üçün bir neçə aydan bir sanksiya paketlərini təqdim etmək üzərində işləyirik” – deyə o, izah edib.
Xatırladaq ki, oktyabrın 20-də ABŞ Konqresi Co Bayden administrasiyasını Rusiya neft sənayesinə qarşı sanksiyaları sərtləşdirməyə çağırıb. Oktyabrın 22-də ABŞ Maliyyə Nazirliyinin rəhbəri Canet Yellen Rusiyaya qarşı yeni məhdudiyyətlər paketini açıqlayıb. O, sanksiyaların nəyə hesablanacağını dəqiqləşdirməyib.

//Samir Qurbanov, Editor.az