Rusiya-İran hərbi müttəfiq olacaqlarmı?backend

Rusiya-İran hərbi müttəfiq olacaqlarmı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Xarici İşlər Nazirliyi vurğulayıb ki, iki ölkə prezidentlərinin bu həftə imzalayacağı Rusiya və İran arasında hərtərəfli strateji tərəfdaşlıq sazişi hərbi birliklər yaratmağı nəzərdə tutmur.

Editor.az xəbər verir ki, bu bəyanatla İran Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi çıxış edib. “Bu, həqiqətən hərtərəfli, hər şeyi əhatə edən sazişdir. O, iqtisadiyyat və ticarətə xüsusi diqqət yetirməklə, ikitərəfli münasibətlərin bütün aspektlərini əhatə edir, saziş təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı ehtiva edir, lakin i hərbi ittifaq yaratmağı nəzərdə tutmur”, -nazir deyib.

Nazir onu da aydınlaşdırıb ki, 20 il müddətinə imzalanan müqavilə üçüncü tərəfə qarşı yönəlməyib və İranın və Rusiya Federasiyasının digər dövlətlərlə müqavilə bağlamasını məhdudlaşdırılmayacaq.

//Samir Qurbanov, Editor.az