Rusiya, İran və Çin 2021 -ci ilin sonunda və ya 2022 -ci ilin əvvəlində Fars körfəzində hərbi dəniz təlimləri keçirəcək.
Editor.az xəbər verir ki, bunu Rusiyanın Tehrandakı səfiri Levan Cagaryan deyib.
O, bildirib ki, təlimlər zamanı beynəlxalq dəniz təhlükəsizliyinin təmin edilməsi və dəniz quldurları ilə mübarizə üzrə tədbirlərin təşkilinə diqqət yetiriləcək. Onun sözlərinə görə, sözügedən təlimlərdə Rusiya, İran və Çinin hərbi gəmiləri iştirak edəcək.
//Gülnarə Abasova, Editor.az

