Rusiya-İran yaxınlaşması: Moskva və Tehran arasında iri dövlətlərarası saziş imzalanacaqbackend

Rusiya-İran yaxınlaşması: Moskva və Tehran arasında iri dövlətlərarası saziş imzalanacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu iranlı həmkarı Məhəmməd Aştiani ilə telefon danışığı aparıb.

Editor.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verib. Söhbət dostluq şəraitində keçib və Moskva ilə Tehran arasında strateji əlaqələrin möhkəmləndirilməsində növbəti addım olub.

Bundan əlavə, iki ölkənin nazirləri ikitərəfli münasibətlərin fundamental prinsiplərinə sadiq olduqlarını vurğulayıblar. Müdafiə Nazirliyi əlavə edib ki, ölkələrin suverenliyinə və ərazi bütövlüyünə qeyd-şərtsiz hörmət Rusiya və İran arasında imzalanmağa hazırlanan iri dövlətlərarası sazişdə öz təsdiqini tapacaq.

Söhbət zamanı Şoyqu onu da əlavə edib ki, hər iki dövlət bərabər çoxqütblü dünya yaratmaq üçün birgə səylərini artırır.

//Samir Qurbanov, Editor.az