Rusiya İrana Azərbaycan vasitəsilə humanitar yardım göndərirbackend

Rusiya İrana Azərbaycan vasitəsilə humanitar yardım göndərir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyası Azərbaycan ərazisindən tranzit xətti kimi istifadə etməklə İrana 300 tondan artıq tibbi preparat çatdıracaq.

Oxu.Az-ın xəbərinə görə, bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.

Məlumata görə, Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən ayrılan humanitar yardım karvanı martın 26-da paytaxtda yerləşən Abşeron dəmiryol stansiyasına daxil olacaq. Bunun ardınca həmin yüklər iritutumlu yük avtomobilləri vasitəsilə İrandakı son ünvana təhvil veriləcək.