Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Moskva Tehranla tərəfdaşlıq münasibətlərini saxlayır və eyni zamanda İsraillə də sıx əlaqələrə malikdir.
O əlavə edib ki, Rusiya İrana İsraillə münaqişənin son gərginləşməsi fonunda kömək edir, lakin hərbi baxımdan deyil: İran Rusiyadan hərbi yardım istəməyib, lakin “ümumiyyətlə, Moskvanın Tehrana dəstəyi göz qabağındadır”.
O, həmçinin xatırladıb ki, Rusiya tərəfi hələ də sülh yolu ilə nizamlanmada vasitəçi olmağa hazırdır. Vladimir Putinin “mütləq vasitəçilik xidmətləri üçün böyük potensialı var”, – mətbuat katibi vurğulayıb.
//Samir Qurbanov, Editor.az

