Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün ərəb ölkələrindən olan jurnalistlərlə görüşündə bildirib ki, Rusiya İranın nüvə sazişini dəstəkləməkdə öz prinsipial mövqeyini qətiyyətlə saxlayır: “Biz heç vaxt bu nüvə sazişini, o cümlədən Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini dəstəkləmək üçün mövqeyimizdən kənara çıxmamışıq.
Bunu hamı bilir” – Sergey Lavrov deyib
Nazir qeyd edib ki, Rusiya İranı lazımi hərbi-texniki avadanlıqla təmin edir və bu proses beynəlxalq hüquq normalarına uyğun aparılır.
Qeyd edək ki, Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının sanksiyalarının ləğvindən sonra Rusiyanı bununla bağlı heç bir məhdudiyyətlə üzləşmədiyini, bu da hər şeyin beynəlxalq hüquq çərçivəsində edildiyini ifadə edib.
//Samir Qurbanov, Editor.az

