Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya İranın nüvə silahı əldə etmək planlarının olmaması ilə bağlı bəyanatlarını dinləyir.
Onun sözlərinə görə, ölkələrin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) nəzarəti altında həyata keçiriləcək dinc nüvə proqramı hüququ var: “Biz bilirik ki, ölkələrin dinc enerjiyə hüququ var. Dinc nüvə enerjisindən istifadə müstəsna olaraq MAQATE-nin və beynəlxalq ictimaiyyətin ciddi nəzarəti altında baş verir və baş verməlidir. Bu, hər yerdə, dünyanın bütün ölkələrində mümkündür. Və təbii ki, biz hesab edirik ki, ölkələr bu hüququ saxlamalıdır. Əlbəttə, biz İranın nüvə probleminin sülh yolu ilə həllinə yönəlmiş səyləri tam dəstəkləyirik”, – Kreml sözçüsü vurğulayıb.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bir gün əvvəl deyib ki, nüvə proqramı üzrə potensial razılaşma İranda uranın zənginləşdirilməsini istisna edir. “Reuters” iranlı diplomata istinadən yazıb ki, İran bu sazişdən imtina etmək niyyətindədir, çünki bu, Tehranı dinc nüvə proqramı hüququndan məhrum edir. CNN xəbər verir ki, İran hakimiyyəti ABŞ-ın təklifini “arbitrajsız və ayrılmaz” hesab etdiyi üçün danışıqların altıncı raundu baş tutmaya bilər.
//Samir Qurbanov, Editor.az