Rusiya Yaxın Şərqdə sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində İranla birgə növbəti tədbirlərə hazırdır.
Editor.az bildirir ki, bu barədə sentyabrın 20-də Rusiya müdafiə naziri Sergey Şoyqu iranlı həmkarı Məhəmməd Rza Ashtiani ilə danışıqlarda bildirib.
Şoyqunun sözlərinə görə, Moskva ilə Tehranın qarşılıqlı əlaqəsi, perspektivsiz olan sanksiya təzyiqlərinə baxmayaraq, yeni səviyyəyə qalxır.
“Məmnunluqla qeyd edirik ki, bu gün Rusiya-İran dialoqu intensiv inkişaf edir”, — deyə Şoyqu qeyd edib. Nazir bildirirb ki, Rusiya tərəfi ABŞ və onun qərb müttəfiqlərinin müdaxiləsinə baxmayaraq, planlaşdırılan qarşılıqlı fəaliyyətin bütün kompleksini həyata keçirməyi hədəfləyir.
Şoyqunun sözlərinə görə, bu cür əməkdaşlıq əsasən Rusiya və İran liderləri arasında yaranmış etimad münasibətləri ilə bağlıdır.
“Görüşlərin yüksək dinamikası müdafiə sahəsində strateji tərəfdaşlığın və hərbi əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün ümumi əhval-ruhiyyəni təsdiqləyir”,
//Samir Qurbanov Editor.az

