“Rusiya İranla hərbi sahədə  əməkdaşlıq etmək üçün hüquqi baza yaratmağa çalışır”- ŞƏRHbackend

“Rusiya İranla hərbi sahədə  əməkdaşlıq etmək üçün hüquqi baza yaratmağa çalışır”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İranla Rusiya arasında hərbi əməkdaşlığa dair hələ əhatəli müqavilə imzalanmayıb. Bu iki ölkə hərbi sahədə bir sıra əməkdaşlığı beynəlxalq hüquq və normalara əsaslanmadan ikitərəfli anlaşmalar olmadan həyata keçiriliblər. Məsələn 44 günlük Vətən müharibəsində Rusiya Ermənistana yardım etmək üçün İran ərazisindən istifadə etmişdi. Tərəflər arasında belə bir müqavilə yoxdur ki,  üçüncü ölkədə müharibə gedən zaman bir ölkədən digər ölkəyə hərbi texnika ötürülsün. Bu, beynəlxalq hüququn pozulmasıdır. İran və Rusiya Ermənistana silah, hərbi texnika göndərməklə həmin dövrdə beynəlxalq hüququ pozdular”.

Bu fikirləri Editor.az-a açıqlamasında “Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan deyib.

Onun sözlərinə görə, Ukraynada müharibə getdiyi bir zamanda İran Rusiyaya böyük partiyalarla dronlar ötürüb:

” Bu dronlarla Ukraynanın dinc əhalisi, mülki obyektləri bombalanıb. Belə olduğu halda İran Ukraynadakı müharibənin cinayətkarlarındandır. Rusiyanın müharibədə törətdiyi cinayətlərinin ortağıdır. İran tərəfi bu məsələni təkzib etsə də beynəlxalq müşahidəçi və mütəxəssislər, eləcə də Ukrayna rəsmiləri İranın Rusiyaya hərbi texnika, o cümlədən dronlarla yardım etməsinə dair faktları təqdim edirlər. Rusiya və İran bu tip məsələlərə dair sanksiyalardan və beynəlxalq hüquq normalarını pozmaqdan yayınmaq üçün Belarusu özlərinə ortaq etdilər. Beləliklə, İranla Belarus arasında hərbi əməkdaşlığa dair memorandum imzalandı. Hətta  bu sahədə Belarusa dronların verilməsi məsələsi də nəzərdə tutulub. Bununla Rusiya Belarusdan həmin o veriləcək PUA-ları alıb Ukrayna ərazisinə hərbi əməliyyatlar keçirtmək üçün istifadə etmək niyyətindədir. Hadisələr göstərir ki, Rusiya İranla hərbi sahədə  əməkdaşlıq etmək üçün hüquqi baza yaratmağa çalışır. Ona görə də son 10 gündə İran hərbi rəsmilərinin Rusiyaya səfərləri, onlar arasında müxtəlif sahədə danışıqlar onu deməyə əsas verir ki, yaxın zamanda iki ölkə arasında hərbi sahəyə dair əhatəli müqavilə imzalana bilər. Yaxud İran Rusiyaya hərbi sahədə yardımlar göstərə bilər. Nümayəndə heyətinin səfəri də bu məqsədi güdür. Hətta iki ölkə arasında elə İranın Rusiyaya canlı qüvvə, kəşfiyyat xidməti, hərbi texnika ilə də yardım etməsi barədə razılaşmalarda imzalana bilər”.

//Gülnarə Abasova, Editor.az