Rusiya isə Ermənistanda daha bir baş konsulluq açmaq istəyirbackend

Rusiya isə Ermənistanda daha bir baş konsulluq açmaq istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Ermənistanda daha bir baş konsulluq açmaq istəyir.

Editor.az bildirir ki, bunu Rusiya diplomatiyası rəhbərinin müavini Yevgeni İvanov deyib. Diplomatın sözlərinə görə, Moskva bu ilin sonuna kimi ölkənin cənubundakı Kafan şəhərində baş konsulluq almaq niyyətindədir.

Nazir müavini həmçinin qeyd edib ki, Rusiya tezliklə Balidə baş konsulluq açacaq. O əlavə edib ki, Moskva bu istiqamətdə geniş işlər görür. Xatırladaq ki, Ermənistanın paytaxtında Rusiyanın öz səfirliyi, eləcə də respublikanın ikinci böyük şəhərində – Gümrüdə baş konsulluğu fəaliyyət göstərir.

//Samir Qurbanov, Editor.az