Rusiya işğalı başlanandan 25 min ukraynalı əl-ayağı itiribbackend

Rusiya işğalı başlanandan 25 min ukraynalı əl-ayağı itirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya işğalı başlananadan Ukraynada azı 25 min ukraynalı əl-ayağı itirib.

Dəqiq rəqəmləri yoxlamaq çətindir və rəqəm daha böyük ola bilər.

Editor.az bildirir ki, bu barədə “Sky News” yazıb. Əlil olan rus əsgərlərinin sayı isə bilinmir. Lakin onun da çox olduğu güman edilir.

Belə ki, nə Ukrayna, nə də Rusiya rəsmiləri rəsmi olaraq müharibənin bəəlini əks etdirən rəqəmləri açıqlamaq istəmirlər.

Klinikanın həmtəsisçisi Mayk Korkoran, Ukraynada təxmini 25,000-dən danışır: “Rəsmi rəqəm deyil və onların bəziləri daha çox əzaların itirilməsi ilə əlaqədardır. Bu, əlillərlə dolu bütöv bir stadiondur”.

Qeyd edək ki, Ukraynada 18 aydır davam edən müharibə zamanı ətrafları amputasiya olunmuş ukraynalıların sayı İraq və Əfqanıstanda 20 il ərzində şikəst olmuş amerikalıların sayından azı 10 dəfə çoxdur.

//Samir Qurbanov, Editor.az