Rusiya ordusunun Ukraynanın dinc şəhərlərinə hücum etmək üçün istifadə etdiyi “İsgəndər-M” raketlərinin tərkibində onlarla Qərb hissələri var.
Rusiya Federasiyası sentyabrın 3-də Poltavaya məhz belə raketlə zərbə endirib.
Editor.az xəbər verir ki, bu barədə UA War Infographics layihəsinin yeni infoqrafikasında deyilir. Qeyd olunur ki, Rusiyanın “İsgəndər-M” raketində 27 hissə Amerikaya məxsusdur. Digər 4 hissə İsveçrə, ikisi Tayvan, biri isə Yapon mənşəlidir. “Poltavaya atılan raketdə xüsusi olaraq Amerika hissələrinin olub-olmadığı açıqlanmır, lakin bu, sanksiyalardan yayınma ilə mübarizəni necə gücləndirmək barədə düşünmək üçün bir səbəbdir” – xəbərdə deyilir.
//Samir Qurbanov, Editor.az