Rusiya istehsalçının icazəsi olmadan Qərb məhsullarının idxalına icazə verəcəkbackend

Rusiya istehsalçının icazəsi olmadan Qərb məhsullarının idxalına icazə verəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Embarqolar Qərb məhsullarının ölkəyə daxil olmasını əngəllədiyi üçün Rusiya brend sahibinin icazəsi olmadan Qərbdən məhsulların idxalına icazə verəcəyini açıqlayıb.

Editor.az “BBC türkçe” yə istinadən xəbər verie ki, baş nazir Mixail Mişutin kiçik və orta biznesi dəstəkləmək üçün dördüncü paket çərçivəsində “paralel idxalı” təsdiqləyib.

Embarqolara görə Rusiyada inflyasiya artıb. Mişutin bildirib ki, indiyə qədər brend sahibinin icazəsi olmadan məhsullar Rusiyada satıla bilməzdi. Baş nazir pərakəndə satıcıların şirkətlərin icazəsi olmadan idxalına icazə verilməsi insanların ehtiyac duyduğu məhsulları tez bir zamanda ala bilməsi üçün bazarı doyurmaq və “xarici siyasətçilərin qeyri-dost hərəkətlərinə” baxmayaraq məhsul tədarükünü təmin etmək məqsədini daşıdığını açıqlayıb.

//Gülnarə Abasova, Editor.az