Rusiya İstintaq Komitəsi hərbi xidmətdən yayınmaq üçün cinsini dəyişənlərdən danışdıbackend

Rusiya İstintaq Komitəsi hərbi xidmətdən yayınmaq üçün cinsini dəyişənlərdən danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin orduya getməmək üçün cinsini “sənədlərə əsasən” dəyişən kişiləri dələduz adlandırıb.

Editor.az bildirir ki, Departament rəhbəri “bu faktı” nəzərə alacağını və yeni reallıqlara uyğun hərəkət edəcəyini vurğulayıb. “Kağız üzərində cinsiyyət dəyişikliyi saxtakarlıqdır, fırıldaqdır.

Onun sözlərinə görə, bu saxtakarlıq və hiylə dövlətin maraqlarını, müdafiə qabiliyyətimizi pozur. Mən səfərbərlikdən yayınmaq üçün qaçanları, cinsiyyətini dəyişdirənləri nəzərdə tuturam”, – Bastırkin deyib. O, həmçinin vurğulayıb ki, Avropada bu cür transseksual insanlara müxtəlif güzəştlər verilir, lakin “bunlar Avropanın problemləridir” və Rusiyada belə presedentlərlə İstintaq Komitəsi məşğul olacaq.

//Samir Qurbanov,Editor.az