Rusiya 2024-cü ilin iyun ayında Ukrayna ərazisinə 1,6 dəfə çox raket və pilotsuz uçuş aparatı (PUA) buraxıb.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırskı “Facebook” hesabında məlumat verib.
Onun sözlərinə görə, Ukrayna Müdafiə Qüvvələri tərəfindən ay ərzində təxminən 4 min hava hədəfi məhv edilib. Sırskı bildirib ki, əsas prioritetlərdən biri hava hücumundan müdafiə sisteminin gücləndirilməsi və daha da effektivləşdirilməsidir.
“Qarşıda müharibənin yeni və çətin bir ayı var. Müdafiə imkanlarımızı gücləndirmək üçün konkret vəzifələr müəyyən etmişəm. Ukrayna Silahlı Qüvvələri bundan sonra da düşmənin “yay hücumu” planlarını qan və tər bahasına pozmağa davam edəcək. Ukrayna xalqının həmrəyliyi və dəstəyi sayəsində,” – deyə baş komandan vurğulayıb.

