Rusiya jurnalı: “Moskva ABŞ-a qarşı nüvə silahının mümkün istifadəsini nəzərdən keçirir”backend

Rusiya jurnalı: “Moskva ABŞ-a qarşı nüvə silahının mümkün istifadəsini nəzərdən keçirir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya RİA agentliyinin məlumatına görə, “Voennaya Mysl” (“Hərbi Düşüncə”) jurnalında dərc olunan məqalədə Vaşinqtonun dünya üzərindəki hökmranlığını itirməkdən narahat olduğu və buna görə də Rusiyanı zərərsizləşdirmək üçün hücum planları hazırladığı qənaətinə gəlinib.

Editor.az xarici mediaya istinadən bildirir ki, məlumatda Moskvanın ABŞ-ın mümkün hücumlarının qarşısını almaq üçün nüvə silahından istifadəni ehtiva edən strategiya üzərində işlədiyi qeyd edilib.

Rusiya Müdafiə Nazirliyi RİA-nın xəbərin təsdiqlənməsi sorğusuna cavab verməyib.
Onu da qeyd edək ki, Rusiya prezidenti Vladir Putin nüvə silahlarına nəzarəti nəzərdə tutan START müqaviləsini dayandırdıqlarını açıqlayıb.

//Safura Bənnayeva,Editor.az