Rusiya Kiyev rejimini dəstəkləyən və anti-Rusiya mövqeyi tutanlarla yollarını ayıracaq – Dmitri Peskovbackend

Rusiya Kiyev rejimini dəstəkləyən və anti-Rusiya mövqeyi tutanlarla yollarını ayıracaq – Dmitri Peskov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Kiyev rejiminin tərəfini saxlayan və anti-Rusiya mövqeyi tutanlarla eyni mövqedə deyil.

Editor.az bildirir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

“Duma sədri açıq-aşkar anti-Rusiya mövqeyi tutan və Kiyev rejiminin tərəfinə keçənlərdən danışıb. Bəli, biz bu insanlarla eyni yolda deyilik”, – deyə o, bildirib. Burada söhbət harada yaşayacağını sərbəst seçən insanların böyük əksəriyyətindən gedir. Belə insanların, nə olursa olsun, öz vətənləri var və həmişə onları gözləyir, – Peskov əlavə edib.

Xatırladaq ki, bir gün əvvəl Dövlət Dumasının sədri Vyaçeslav Volodin Kiyev rejimini dəstəkləyən və Ukrayna Silahlı Qüvvələrinin Rusiya Federasiyası ərazilərinə hücumlarına sevinən köçkünlərin Rusiyaya qayıtmasının qarşısını almaq üçün tədbirlər görülməsinə çağırıb. Siyasətçinin fikrincə, əgər insan başqa dövlətlərə baş əymək üçün ölkəni tərk edibsə, Rusiyada qazandığı pulu orada pasporta, mənzilə xərcləyibsə, sonra yenidən qayıdıbsa, deməli, onun vətəninə ehtiyac yoxdur.

//Samir Qurbanov, Editor.az