Rusiya Kiyevə hava zərbələri endiribbackend

Rusiya Kiyevə hava zərbələri endirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ordusunun gecə saatlarında Ukraynanın paytaxtı Kiyevə hava hücumu nəticəsində 2-si uşaq olmaqla 3 nəfərin öldüyü, 10 nəfərin yaralandığı açıqlanıb.

Editor.az xarici mediaya istinadən bildirir ki, Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popko sosial şəbəkə vasitəsilə verdiyi açıqlamada 1 İyun Ümumdünya Uşaqlar Günündə rusların gecə Kiyevə hücum etdiyini və uşaqları öldürdüyünü qeyd edib.

O, Moskvanın hücumda qanadlı və ballistik raketlərdən istifadə etdiyini vurğulayıb:”Aşkarlanan bütün hava hədəfləri müdafiə güclərimiz və vasitələrimiz tərəfindən məhv edildi”.

Popko bildirib ki, raket parçasının düşməsi nəticəsində Dnepr rayonunda evə ziyan dəyib, park edilmiş avtomobillər yanıb.

//Safura Bənnayeva, Editor.az