Rusiya Kiyevi Bryanskdan vuracaqbackend

Rusiya Kiyevi Bryanskdan vuracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya hərbçiləri Kiyevi daha çox təhdid etmək üçün Bryansk vilayətindən “Şahed” kamikadze pilotsuz uçan aparatları buraxmağa başlayıb.

Editor.az bildirir ki, bu barədə Böyük Britaniyanın gündəlik kəşfiyyat hesabatında deyilir. Belə ki, fevralın 27-də Ukrayna Müdafiə Nazirliyi gecə saatlarında atılan 14 “Şahed” pilotsuz təyyarəsindən 11-ni vurduğunu təsdiqləmişdi. Kiyev şəhər hərbi administrasiyasının sədri Sergey Popko bildirmişdi ki, onlardan 9-u Kiyevin hava məkanı yaxınlığında vurulub.

Daha üç PUA isə Ukraynanın şimalındakı Çerniqov vilayətində məhv edilib. Mütəxəssislər hesab edir ki, hücum vektorunu nəzərə alınarsa, bu “Şahed”lər çox güman ki, Rusiyanın Bryansk vilayətindən buraxılıb. 2022-ci il dekabrın ortalarından etibarən müşahidə edilən yeganə buraxılış məntəqələrii Krasnodar diyarı və Azov dənizinin o tayı olub”, – mesajda deyilir. Fevralın 26-da baş verən bu hücumdan əvvəl, təxminən fevralın 15-dən bəri Ukraynada İHA-nın istifadəsi ilə bağlı heç bir məlumat verilməyib. İHA hücumlarının sürətindəki bu azalma, çox güman ki, Rusiyanın hazırkı tədarükünü tükəndirdiyini göstərir və onlar çox güman ki, rezerv axtaracaq: “İkinci buraxılış meydançası ruslara Kiyevə daha yaxın olan fərqli hücum oxu verəcək.

Bu, çox güman ki, Ukrayna üzərində havada qalma müddətini azaldacaq və Ukraynanın hava hücumundan müdafiəsini daha da genişləndirmək cəhdi olacaq”, – Britaniya departamenti qeyd edib.

  //Samir Qurbanov, Editor.az