Rusiya Kiyevi raketlə vurur: şəhərdə sirenlər səslənirbackend

Rusiya Kiyevi raketlə vurur: şəhərdə sirenlər səslənir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kiyevdə partlayış səsləri eşidilib, səlahiyyətlilər hava hücumundan müdafiə sisteminin işlədiyini bildirirlər.

Editor.az xəbər verib ki, bu barədə KGVA rəhbəri Sergey Popko məlumat verib. “Kiyevdə hava hücumundan müdafiə sistemi işləyir. Hava hücumu xəbərdarlığı aradan qalxana qədər sığınacaqlarda qalın!”, – Popkonun mesajında deyilir.

Qeyd edək ki, yanvarın 23-ü səhər Hərbi Hava Qüvvələri Rusiya bombardmançı təyyarələrindən qanadlı raketlərin buraxılması barədə məlumat veriblər.

//Samir Qurbanov, Editor.az