Rusiya KKTC-də konsulluq açır?-Yunanları ŞOK edəcək qərarbackend

Rusiya KKTC-də konsulluq açır?-Yunanları ŞOK edəcək qərar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kathimerini” qəzeti Rusiyanın KKTC-də konsulluq açacağını yazıb.

Editor.az Türkiyə mətbuatına istinadla xəbər verir ki,  qəzet Rusiya xarici işlər naziri Sergey Lavrovun ötən aylarda verdiyi açıqlamaların birində” Şimali Kipr Türk Cümhuriyyəti”ndən söz açdığını xatırladaraq Rusiya ilə ikitərəfli əlaqələrin Rumda dərin ümidsizliyə səbəb olduğunu qeyd edib.

Bildirilib ki, keçən ilin yanvar ayından etibarən Moskva Kipr Rum Administrasiyasını KKTC-də konsulluq açacağı ilə bağlı məlumatlandırıb və bu məsələdə “anlaşma” istəyib.

Yunan qəzeti onu da bildirib ki, bu qərar Ukraynadakı proseslər və ya Cənubi Kiprin sanksiyalarla bağlı münasibəti ilə birbaşa əlaqəli deyil.Qəzet yazıb ki, Rusiya konsulluq açaraq KKTC-də daimi yaşayan 15 minə yaxın Rusiya vətəndaşına xidmət göstərməy, qorumağı hədəfləyir. Xəbərə görə, Rusiya konsulluq üçün bina və işçi axtarır.

Qeyd edək ki, yunan qəzeti Pakistanın da bu il KKTC-də nümayəndəliyini aça biləcəyini yazıb.

//Gülnarə Abasova, Editor.az