Rusiya komandanlığı Pokrovska hücum əmrini veribbackend

Rusiya komandanlığı Pokrovska hücum əmrini verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya komandanlığı ordunun qarşısına payızın əvvəlindən Pokrovsk hücum əməliyyatına başlamaq vəzifəsini qoyub.

Editor.az bildirir ki, bu barədə hərbi-siyasi müşahidəçi Aleksandr Kovalenko yazıb. Onun məlumatına görə, rus qoşunları Toretsko-Pokrovski istiqamətində yenidən qruplaşmağa başlamalıdır.

“Yenidən qruplaşma aparılmasa, rus qoşunları üçün Qrodovkadakı Juravkaya və Novoqrodovkadakı dəmiryol stansiyasına sıçrayış itkilər baxımından ölümcül olacaq. Digər tərəfdən, müddət bitmək üzrədir və onlar bu obyektlərə çatmalıdırlar . Yayın sonu, payızın əvvəlindən komandanlığın qarşısına Pokrovsk hücum əməliyyatını başlamaq vəzifəsi qoyulub”, – ekspert qeyd edib. Bununla əlaqədar olaraq, rus qoşunları üçün dilemma yaranıb, – deyə Kovalenko əlavə edib.

//Samir Qurbanov, Editor.az