Rusiyanın Marseldəki Baş Konsulluğunun ərazisinə ikisi partlayıcı olmaqla, üç naməlum qurğu atılıb.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova partlayışı terror aktı ilə əlaqələndirib. O, Fransadan insidenti araşdırmağı, baş verənlərin şəraitini aydınlaşdırmağı və Rusiya diplomatik missiyasının təhlükəsizliyini gücləndirməyi tələb edib.
“Rusiyanın Marseldəki Baş Konsulluğunun ərazisində törədilən partlayışlarda terror aktının bütün əlamətləri var. Biz onları akkreditə edən ölkədən araşdırma üçün hərtərəfli və operativ tədbirlər görməsini, həmçinin Rusiyanın xarici qurumunun təhlükəsizliyini gücləndirmək üçün addımlar atmasını tələb edirik”, – Mariya Zaxarova bildirib. “Üç qurğu atılıb, ikisi partlayıb, istehkamçılar hazırda orada işləyir, tələfat və dağıntı yoxdur”, – mənbə bildirib. Fransanın LCI telekanalı hüquq-mühafizə orqanlarının bağda tərk edilmiş obyektin “zərərsizləşdirilməsi əməliyyatı” keçirdiyini deyiblər. Bundan bir qədər əvvəl mətbuatda diplomatik nümayəndəliyin bağçasına iki şüşə molotov kokteyli atıldığı xəbəri yayılmışdı.
//Samir Qurbanov, Editor.az