Rusiya Krım yarımadasına “S-500”-lər yerləşdirirbackend

Rusiya Krım yarımadasına “S-500”-lər yerləşdirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyasının ordusu müvəqqəti işğal olunmuş Krımda ən son “S-500” zenit-raket kompleksinin elementlərini yerləşdirib.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov bu barədə iyunun 12-də məlumat verib. Budanovun sözlərinə görə, ruslar Ukrayna müdafiə qüvvələrinin Krıma uğurlu zərbələrinə cavab olaraq yarımadada hava hücumundan müdafiə sistemini gücləndirirlər: “Bu, aydın və başa düşüləndir ki, “S-500”ün ən yeni elementləri ortaya çıxıb. Bu, prinsipcə, onların eksperimental istifadəsi olacaq, lakin onlar artıq orada (Krımda) peyda olublar”.

Baş Kəşfiyyat İdarəsinin rəisi əlavə edib ki, əsas yüklər paromla daşınsa da, işğalçılar Rusiya Federasiyasının Krasnodar diyarından Krıma qanunsuz tikilmiş körpüdən də hərbi logistika üçün istifadə etməkdə davam edirlər: “Kerç körpüsü həmişə hərbiçilər tərəfindən istifadə olunub və istifadə olunacaq”, – deyə Baş Kəşfiyyat İdarəsinin rəisi əlavə edib. Budanov təklif edib ki, Rusiya daşınmaları “Krım körpüsü mövcud olduğu müddətcə” davam edəcək.

//Samir Qurbanov, Editor.az