Rusiya qoşunları Krımın şimalında əlavə S-400 zenit-raket batalyonları yerləşdirir.
Editor.az xəbər verir ki, bu barədə məlumat Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Facebook sosial şəbəkəsində yayılıb. Həmin məlumata görə, “Düşmən müvəqqəti işğal olunmuş Krım Muxtar Respublikasının şimal-qərb hissəsində düşmən hava hücumundan müdafiə sistemini qurmaq üçün əlavə iki S-400 zenit-raket batalyonunu yerləşdirir.
Eyni zamanda, Qara dəniz və Azov əməliyyat zonalarında düşmənin hərbi dəniz qrupları döyüş əməliyyatları rayonlarının təcrid edilməsi və Ukrayna ərazisindəki infrastruktur obyektlərinə raket zərbələri endirilməsi tapşırıqlarını yerinə yetirməkdə davam edir”. Xatırladaq ki, Baş Qərərgaha görə, Severodonetsk istiqamətində rus işğalçıları ciddi itki verərək geri çəkilib, Baxmut istiqamətində də onlar uğur qazana bilməyiblər.

