Rusiya-Ukrayna müharibəsi şiddətlə davam edir. Türkiyə başda olmaqla bir çox ölkədən həm Rusiya, həm də Ukrayna ilə təmaslar davam edir. Fransa prezidenti Emmanuel Makron Rusiya prezidenti Vladimir Putinlə görüşərkən Rusiya liderini hücumları dayandırmağa razı sala bilmədi. Makron və ABŞ prezidenti Bayden bir-birinin ardınca açıqlamalar verib.
Odur ki, Editor.az “sabah.com tr”yə istinadən Putinin təklifləri rədd edilməsi ilə müharibənin gedişatının daha kritik həddə nəticəsinin təfərrüatlarını təqdim edir.
Fransa prezidenti Emmanuel Makron fevralın 24-dən bəri Rusiya prezidenti Vladimir Putinlə üçüncü telefon danışığından sonra sosial media hesabından açıqlamalar verib:
“Mən bu gün səhər prezident Putinlə danışdım. Bu məqamda o, Ukraynaya hücumlarını dayandırmaqdan imtina edir. İnsan faciələrinin qarşısını almaq üçün danışıqlara getmək mütləqdir. Mən səylərimi və təmaslarımı davam etdirəcəyəm. Biz ən pisdən qaçmalıyıq. Xalqları qorumaq, insan faciələrinin qarşısını almaq, beynəlxalq ictimaiyyətlə müharibəni bitirmək üçün dialoq aparmaq mənim öhdəliyimdir. Mənim qətiyyətim tamdır və belə qalacaq”.
Fransa mətbuatında Yelisey Sarayındakı mənbəyə əsaslanan xəbərdə iki lider arasında telefon danışığının Putinin istəyi ilə baş tutduğu qeyd edilib.
Qeyd edilir ki, Fransa Prezidentin fikirleri ondan ibarətdir ki, prezident Putinin ona dediyi kimi, ən pisi hələ qarşıdadır. Rusiyanın ambisiyası bütün Ukraynanı ələ keçirməkdir. Vladimir Putinin müharibə məqsədləri dəyişməyib.
Xəbərdə Makronun Putinə “tamamilə Putinin öhdəsində olan bu müharibənin ölkəsini uzun müddət təcrid və sanksiyalar altında qoyacağını” dediyi, Makronun Kiyevdəki mülki vətəndaşlardan narahat olduğunu, mülki itkilərin mövcudluğunu isə Putinin təkzib etdiyi bildirilir. Makron Putindən sonra Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb. Məlumata görə, Zelenski öz xalqının azadlığı uğrunda mübarizə əzmini bir daha bəyan edib və Rusiyanın müəyyən etdiyi sülh şərtlərini açıq şəkildə rədd etdiyi açıqlanıb.
Ağ Evdən verilən yazılı açıqlamaya görə, Bayden bu gün Zelenski ilə telefon danışığında Ukraynadakı Zaporojye Atom Elektrik Stansiyasının ərazisində baş verən qarşıdurmalar nəticəsində baş verən yanğınla bağlı məlumat alıb. Bayden Rusiyanı AES ətrafında hərbi fəaliyyətləri dayandırmağa və yanğınsöndürənlər və təcili yardım qruplarının əraziyə girişini təmin etməyə çağırıb. Bundan əlavə, Bayden atom elektrik stansiyası ilə bağlı ABŞ Energetika Nazirliyinin Nüvə Təhlükəsizliyi Müşaviri və Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının rəhbəri ilə telefon danışığı aparıb.
Digər tərəfdən ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays verdiyi yazılı açıqlamada ABŞ dövlət katibi Antoni Blinken ilə Ukrayna xarici işlər naziri Dmitro Kuleba arasında telefon danışığı olduğunu bildirib. İclasda Ukraynaya dəstək istiqamətində dünyada atılan addımların və Ukraynaya əlavə təhlükəsizlik, iqtisadi və humanitar yardımların müzakirə edildiyi bildirilib.
Qeyd edək ki, hücum edilən elektrik stansiyası Avropanın ən böyük atom elektrik stansiyası və dünyanın 10 ən böyük atom elektrik stansiyasından biri kimi tanınır.
//Gülnarə Abasova, Editor.az

